Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad ediləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Belə ki, "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi komitə iclasında müzakirə çıxarılacaq.
Bundan əlavə, bir sıra beynəlxalq sənədlərin təsdiq edilməsi barədə aşağıdakı qanun layihələri də komitə iclasının gündəliyinə daxil edilib:
"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
"Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti və "SOCAR Quba-Xəzəryanı" MMC arasında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
"Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol"un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
"Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
Diplomatik korpusun nümayəndələri Füzuliyə çatıblar - (Video/Foto/Yenilənib)
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
XƏBƏR LENTİ
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Diplomatik korpusun nümayəndələri Füzuliyə çatıblar - (Video/Foto/Yenilənib)
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
-
Dünya bazarında neft bahalaşdı
-
Nadir albinos puma yenidən diqqət mərkəzində – (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Bu ərazilərdə 3 saatlıq işıq kəsiləcək
-
Quba-Xınalıq yolu çökdü





