Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçayda Heydər Əliyev Mərkəzində "Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar" mövzusunda tədbir keçirilib.
Tədbirdə KTN-nin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayeva, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, nar istehsalı ilə məşğul olan fermerlər iştirak ediblər.
Çıxışlarda narçılıq sektorunun inkişafı, fermer və sahibkarlar üçün nəzərdə tutulan dövlət dəstəyi tədbirləri, innovativ və resurqoruyucu texnologiyaların tətbiqi, o cümlədən aqrar sektorda mövcud çətinliklərin həlli istiqamətində dövlət qurumları və fermerlər arasında körpü rolu oynayan assosiasiyanın fəaliyyətinə toxunulub.
Tədbir zamanı "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn məsələlər bir daha fermerlərin diqqətinə çatdırılıb. Proqram çərçivəsində aqrar istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, resurslardan daha effektiv istifadə və aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin tədbir çərçivəsində fermerlərə Aqrar Subsidiya Şurasının 2026-cı il üzrə dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərarları barədə ətraflı məlumat verilib.
Tədbirdə narçılıq sahəsində fermer və sahibkarları maraqlandıran məsələlər müzakirə edilib, onların təklifləri dinlənilib və sualları cavablandırılıb.
Sonda narçılığın inkişafına verdikləri töhfəyə görə fərqlənən Nazirlik əməkdaşlarına və fermerlərə Assosiasiyanın xüsusi döş nişanları təqdim olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Diplomatik korpusun nümayəndələri Füzuliyə çatıblar - (Video/Foto/Yenilənib)
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Diplomatik korpusun nümayəndələri Füzuliyə çatıblar - (Video/Foto/Yenilənib)
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
-
Dünya bazarında neft bahalaşdı
-
Nadir albinos puma yenidən diqqət mərkəzində – (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Bu ərazilərdə 3 saatlıq işıq kəsiləcək
-
Quba-Xınalıq yolu çökdü
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir





