Cəmiyyət

Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər

10 Sentyabr 2026 17:52
Baxış: 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq".

Milli.Az xəbər veriri ki, bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, bu, əməkhaqqını dövlət vahid tarif cədvəlinə əsasən alan şəxslərin hamısının əməkhaqqısına təsir etmiş olacaq. 

"Minimum əməkhaqqı növbəti ilin yanvarın 1-dən qüvvəyə minəcəyinə görə, dövlət sektorunda tətbiq olunan 14 bəndlik tarif cədvəli əsasında əməkhaqqı alanlarda artımın olması gözlənilir. Eyni zamanda minimum əməkhaqqı artdığına görə, bu prosesin özəl sektorda da əməkhaqqılarına təsiri olacaq".

İqtisadçı qeyd edib ki, maaş, pensiya və başqa ödənişlər növbəti ildən arta bilər: "Pensiyalardakı artımlar indeksasiya metodu ilə olur. Hər il pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq indeksasiya edilir. Onu qeyd etmək istərdim ki, minimum əməkhaqqının artırılması məsələsinə baxılacaq. Bu ilin fevral ayında belə bir qanun qəbul edildi ki, istisnasız olaraq hər il minimum əməkhaqqının məbləğinə yenidən baxılacaq. Hər il artırılacağı deyil, baxılacağı qeyd edilib. Sonuncu dəfə minimum əməkhaqqı 2025-in yanvarın 1-də qaldırıldığına görə, güman edirəm ki, minimum əməkhaqqıya baxılma zamanı onun artırılması barədə qərar veriləcək. Çünki 2 ildir minimum əməkhaqqı məbləğinə baxılmayıb. Keçən il təqribən 6%-dən bir qədər çox inflyasiya olub, bu il də təqribən o həddə inflyasiya var və inflyasiyanın aşağı düşəcəyi gözlənilmir, əksinə tempin artması ilə bağlı narahatlıq var. Bu baxımdan güman edirəm ki, minimum əməkhaqqı təqribən 10-15% intervalında artırılacaq. 

Minimum əməkhaqqı artanda digər ödənişlər də artır. Digər ödənişlərə gəldikdə, ünvanlı sosial yardım da artacaq. Bunun üçün "Yaşayış minimumu haqqında" qanun qəbul ediləcək. "Yaşayış minimumu haqqında" qanun qəbul ediləndə minimum istehlak səbətinin həcmi müəyyənləşir. Minimum istehlak səbətinin həcmi keçən illə müqayisədə artacaq. Ona görə ki, ölkədə 6%-dən çox inflyasiya var. Ən azından bu 6%-dən bir qədər çox yaşayış minimumu artırılacaq. Yaşayış minimumu artırılanda avtomatik olaraq ünvanlı sosial yardım artacaq. Amma bunların hamısı 2027-ci ilin yanvar ayından sonra baş verəcək".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.