Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Uçan avtomobillərlə bağlı çoxlu layihələr görmüşük. Amma "Jetson One" praktikliyi ilə digərlərindən fərqlənir.
Milli.Az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu türkiyəli bloger Uğur Önver deyib.
Onun sözlərinə görə, polşalı sahibkar Tomas Patan tərəfindən hazırlanmış "Jetson One" 2021-ci ildə təqdim edilib:
"Layihənin əsas məqsədi şəhər nəqliyyatından yayınaraq fərdi uçuş imkanını daha əlçatan etməkdir.
Qiyməti 128 min dollar olan bu hava aparatı xüsusi pilotluq lisenziyası olmadan istifadə üçün nəzərdə tutulub. Səkkiz elektrik mühərriki və pərlə çalışan "Jetson One" cəmi 3 saniyə ərzində havaya qalxa bilir.
Formula-1 avtomobillərinin dizaynından ilhamlanan konstruksiya pilotu qoruyan xüsusi gövdə ilə təchiz edilib. İstehsalçının təqdim etdiyi məlumata görə, aparat hətta çevrilmə və qəza zamanı pilotun təhlükəsizliyini təmin etmək üçün hazırlanıb.
"Jetson One" saatda 100 kilometrə qədər sürət yığa bilir. İdarəetmə sistemi də olduqca sadədir: kabində iki costik yerləşir. Onlardan biri sürəti, digəri isə istiqaməti idarə edir.
Tam doldurulmuş batareya ilə təxminən 20 dəqiqə fasiləsiz uça bilir".
Bloger qeyd edib ki, təhlükəsizlik üçün aparatda paraşüt sistemi də mövcuddur:
"Pərlərin işində problem yarandığı və ya fövqəladə vəziyyət baş verdiyi halda paraşütün təxminən 3 saniyə ərzində tam açılaraq təhlükəsiz enişə imkan verdiyi bildirilir.
"Jetson One"ın ilk prototipləri 2021-ci ildə hazırlanıb. Dörd il davam edən sınaqlardan sonra aparat satışa çıxarılıb.
Lakin burada maraqlı məqam var: "Jetson One"a tələbat o qədər böyükdür ki, 2026-cı il üçün nəzərdə tutulan bütün satışlar artıq tükənib.
Hazırda sifariş vermək istəyənlər 8 min dollar ilkin ödəniş etməklə istehsal növbəsində yerini rezerv edə bilər. Lakin yeni sifarişlərin çatdırılması yalnız 2027 və ya 2028-ci illərdə mümkün olacaq".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
BDYPİ sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat açıqlandı
XƏBƏR LENTİ
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
-
"Fənərbağça" uduzdu, azarkeş öldü
-
Putin Trampın elçiləri ilə 3 saatdan çox görüşüb
-
BDYPİ sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat açıqlandı
-
Ukrayna Rusiyanın bir neçə şəhərini PUA-larla hədəfə alıb
-
Ağdamda traktor minaya düşdü - (Yenilənib)
-
Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
-
"Qarabağ" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Sumqayıt"a qarşı





