Dünya

Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı

6 Sentyabr 2026 12:27
Baxış: 239
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kabo Verdenin Foqu adasında avtobusun dərəyə aşması nəticəsində 22 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə rəsmi şəxslərə istinadən "Lusa" agentliyi məlumat yayıb.

Bildirilib ki, ekskursiyadan qayıdan avtobus San-Filipe bələdiyyəsinin şimal dağlıq ərazilərində, Şan-daş-Kaldeyraş və Kampanaş-di-Sima arasındakı yolda hərəkət hissəsindən çıxaraq təxminən 30 metr hündürlükdən dərəyə yuvarlanıb.

Həlak olanlar arasında orta məktəb şagirdləri, eləcə də sürücü var.

"6-11 yaş arası daha 18 məktəbli xəstəxanadadır. Dördünün vəziyyəti ağırdır", - məlumatda qeyd olunub.

Foqu rəsmiləri həlak olanlarla bağlı iki günlük matəm elan ediblər.

Həmçinin ölənlərin sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.