Təyyarədə sərnişini yapışqan lentlə oturacağa bağladılar - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-də Dallas Fort-Uortdan Nyuarka uçan "American Airlines" təyyarəsində sərnişinin aqressiv davranışı salonda böyük gərginliyə səbəb olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ətrafındakı sərnişinlərə hücum edən şəxs əvvəlcə plastik qandallarla zərərsizləşdirilib, daha sonra oturacağına yapışqan lentlə bağlanıb.
Təyyarə isə təcili eniş üçün Baltimora yönəldilib.
Hadisə "American Airlines"in 618 nömrəli reysində baş verib. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) uçuş heyətinə sərnişinin yaratdığı insident barədə məlumat daxil olduğunu açıqlayıb.
CNN-ə danışan sərnişinlər Riçard Olenik və Xuan Mejianın sözlərinə görə, birinci sinif bölməsində bir neçə sıra arxada oturan sərnişin uçuşun yarısından çoxu keçdikdən sonra aqressiv davranmağa başlayıb.
Bildirilir ki, stüardessaya müdaxilə etməyə çalışan sərnişin daha da qəzəblənib. O, əvvəlcə yanındakı sərnişinə, daha sonra isə onu dayandırmağa çalışan bir qadına zərbə endirib.
Hadisəyə təqaüdə çıxmış Nyu-Cersi polisi Xuan Mejia müdaxilə edib. Daha sonra Riçard Olenik də sərnişini saxlamağa kömək edib.
Şahidlərin sözlərinə görə, həmin şəxs söyüş söyüb, irqçi və homofob ifadələr işlədib. Stüardessa onlara və daha bir sərnişinə plastik qandallar verib.
Üç sərnişin müqavimət göstərən şəxsin əllərini plastik qandallarla bağlayıb. Lakin o, müqavimət göstərməyə davam edib.
Şübhəli daha sonra Mejianı dişləyib və Oleniki də dişləməyə çalışıb. Bundan sonra stüardessanın verdiyi qablaşdırma lentindən istifadə edilərək sərnişin oturacağına bərkidilib.
Olenikin sözlərinə görə, şəxsin ağzı nəfəs almasına mane olacaq şəkildə lentlə bağlanmayıb.
Sərnişin oturacağına bağlandıqdan sonra da müqavimət göstərməyə davam edib. Olenik bildirib ki, bu üsul onun hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırıb, lakin tam sakitləşdirməyib.
Təyyarə daha sonra Merilend ştatının Baltimor şəhərinə təcili eniş etmək üçün istiqamətini dəyişib. Olenikin sözlərinə görə, enişə təxminən 15 dəqiqə qalmış o, sərnişinin yenidən hücum etməsinin qarşısını almaq üçün onun dizlərinin üzərində oturub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





