Boyları 1.52 metrdən az olan 7 məşhur - (Fotolar)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekranda məşhurların boyunu müəyyən etmək heç də həmişə asan deyil. Kamera bucağı, ayaqqabı və geyim amili ulduzları olduğundan daha hündür göstərə bilir.
Milli.Az lent.az-a istinadən bildirir ki, "People" nəşri boyu 152 santimetrdən az olan məşhurların siyahısını hazırlayıb.
Onların bir çoxu kiçik boylarını kompleksə çevirmək əvəzinə, bu xüsusiyyətləri ilə zarafat edir.
Denni Devito - 1.47 sm
Hollivudun məşhur aktyorlarından Denni Devitonun boyu təxminən 1.47 santimetrdir.
Aktyor etiraf edib ki, gənclik illərində boyunun qısa olması onda müəyyən narahatlıq yaradırdı. Lakin zaman keçdikcə bununla barışdığını və diqqəti yumoru, xarakteri və istedadı ilə cəlb etməyi öyrəndiyini bildirib.
Kristin Çenovet - 1.50 sm
"Tony" mükafatı laureatı Kristin Çenovetin boyu təxminən 1.50 santimetrdir.
Aktrisa bu xüsusiyyəti ilə tez-tez zarafat edir. O bildirib ki, izdiham arasında asanlıqla gözdən itə bilir. Çenovet hətta bəzən uşaq şöbəsindən geyim ala bildiyini və bunun daha ucuz başa gəldiyini də zarafatla söyləyib.
Cada Pinkett-Smit - 1.50 sm
Cada Pinkett-Smitin boyu da təxminən 1.50 santimetrdir.
Aktrisa hündürdaban ayaqqabı geyindikdə boyunun təxminən 157 santimetrə çatdığını deyib. Bununla belə, o, əsas məsələnin insanın özünü necə hiss etməsi olduğunu vurğulayıb.
Melissa Rauç - 1.50 sm
"The Big Bang Theory" serialındakı Bernadett obrazı ilə tanınan Melissa Rauçun boyu təxminən 150 santimetrdir.
Aktrisa bir televiziya proqramında kresloda rahat otura bilməsi üçün onun altına əlavə yastıqlar qoyulduğunu zarafatla danışıb.
Nikol Politsi - 1.45
"Jersey Shore" realiti-şousunun ulduzu Nikol Politsinin boyu təxminən 1.45 santimetr göstərilir.
O, özü də boyunun dəqiq neçə santimetr olduğunu bilmədiyini zarafatla deyir. Onun sözlərinə görə, qısa boyu küçədə insanların onu daha tez tanımasına belə kömək edir.
Adrien Beylon-Hauton - 1.50 metr
Müğənni və aktrisa Adrien Beylon-Hautonun boyu təxminən 150 santimetrdir.
O, qısa boyunun modaya marağına heç vaxt mane olmadığını bildirib. Əksinə, fərqli bədən quruluşuna uyğun obrazlar yaratmağı maraqlı hesab etdiyini deyib.
Ceki Uiver - 1.50 sm
İki dəfə "Oskar" mükafatına namizəd göstərilən avstraliyalı aktrisa Ceki Uiverin boyu da təxminən 1.50 santimetrdir.
Aktrisa 2 yaşında ona hədiyyə olunan kiçik stulu bu günə qədər evində saxladığını deyib. Maraqlısı isə odur ki, 75 ildən çox vaxt keçməsinə baxmayaraq, Uiver həmin stulda hələ də rahat otura bildiyini bildirib.
Bu məşhurların nümunəsi göstərir ki, boy insanın uğurunu və ya səhnədə yaratdığı təsiri müəyyənləşdirmir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah Xətai və Nəsimidə qaz olmayacaq
-
Azərbaycanda istilik mövsümü noyabrın 15-də başlayacaq
-
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-də tətbiq etdi
-
Şəkinin daxili turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Yevgeni Mixaylovun ustad dərsi keçiriləcək
-
Muzeylərdə süni intellektin rolu beynəlxalq forumda müzakirə edilib - (Foto)
-
Bakıda bu yol 3 gecə bağlanacaq - Tarixlər
-
“Muzeydə musiqi” layihəsi çərçivəsində “Sərhədsiz musiqi” adlı konsert proqramı təqdim olunub - (Foto)
-
Azərbaycanla Qırğızıstan arasında avtomobil əlaqələri haqqında saziş təsdiqlənib
-
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənib
-
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib
-
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb
-
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
-
Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişə dəyişikliklər təsdiqlənib
-
Azər Qarayevin “Təhlükəsizlik prizmasından baxış” kitabının təqdimatı keçirilib - (Foto)
-
“Qarabağ”ın “Sabah”la bağlı paylaşımı müzakirələr yaratdı – (Video)
-
Sülh prosesində Ermənistanın imitasiya taktikası: Bakının dəyişməz mövqeyi və reallıqlar
-
Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi
-
Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir
-
Xəyyam 5-ci dəfə ata oldu
-
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı faciə - Körpə öldü
-
Əməkdar artistin səhhəti pisləşdi: 2 aydır yataqdan qalxmır
-
Rəqsanənin Rusiyada yaşayan qızı Yana tanınmaz halda - (Video)





