Ölkə

Şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlandı - VİDEO

6 Noyabr 2025 01:08
Baxış: 346
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxtdakı şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlanıb.

Milli.Az bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb. Həmin ətlərin konkret hansı şadlıq saraylarında qonaqlara verildiyi açıqlanmayıb.

Bəs, bu ətlər hansı şadlıq evlərində qonaqlara təqdim edilib?

Bakıda fəaliyyət göstərən şadlıq saraylarından birinin adminstratoru Sarvan Abdullayev bildiridi ki, hazırda işlədiyi məkanda ət və ət məhsullarının hamısı sertifkatlıdır və yerli heyvanların ətləridir. O, həmçinin qeyd etdi ki, xüsusilə son günlərdə şadlıq evlərinə, o cümlədən onlara xaricdən gətirilən ətlər təklif edilir.

Bu arada, AQTA-dan o da bildirilib ki, hazırda Agentlik ölkə üzrə ictimai iaşə obyektlərində və şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Qanunvericiliyin tələblərinə əməl etməyən müəssisələr barəsində inzibati tədbirlər görülür. Eyni zamanda, Agentlik istehlakçıları heyvan mənşəli ət məhsulları alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən, müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etməyə çağırır.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.