Türkiyə

“Fənərbaxça”nın prezidenti sərbəst buraxıldı - YENİLƏNİB

25 Dekabr 2025 16:38
Baxış: 1 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

16:38

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotiklə bağlı istintaq çərçivəsində saxlanılan "Fənərbaxça"nın prezidenti Sadettin Saran sərbəst buraxılıb.

Milli.Az xəbər verir ki, prokurorluqda ifadəsi alındıqdan sonra onun ədliyyə nəzarəti şərti ilə sərbəst buraxılmasına qərar verilib.

Qeyd edək ki, Sadettin Saran Türkiyədə "narkotik maddələrlə təmin etmək" və "narkotik istifadəsini asanlaşdırmaq" ittihamları ilə saxlanılmışdı.

00:10

"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran haqqında aparılan narkotik istintaqı çərçivəsində İstanbul İl Jandarma Komandanlığı tərəfindən saxlanılıb. Klub tərəfindən verilən rəsmi açıqlamada Saranın birbaşa klubdakı prezidentlik otağında saxlanıldığı bildirilib.

Milli.Az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun açıqlamasına görə, Stiven Sadettin Saran haqqında aparılan araşdırmada əldə edilən əlavə sübutlar əsasında aşağıdakı maddələrlə ittiham olunur:

  • Narkotik vasitə təmin etmək;
  • Narkotik istifadəsini asanlaşdırmaq;
  • Narkotik vasitə istifadə etmək.

Klubun sosial media hesablarından yayılan bəyanatda deyilir: "Prezidentimiz cənab Sadettin Saran bu axşam davam edən istintaq çərçivəsində 'Fənərbaxça'nın prezidentlik ofisində saxlanılıb. Klubumuzun vəkilləri prosesdə prezidenti müşayiət edir. İnanırıq ki, prezidentimiz bu çətin günləri dəyanətlə geridə qoyacaq və klubumuz üçün fəaliyyətinə davam edəcəkdir."

Sadettin Saranın adı narkotik istintaqında hallandıqdan sonra o, xaricdən Türkiyəyə qayıtmışdı. İlkin ifadəsindən sonra sərbəst buraxılan Saranın Məhkəmə Tibb Ekspertizasına göndərilən saç nümunəsində "kokain pozitiv" nəticəsi çıxdığı iddia edilmişdi. Saran isə bu iddiaları rədd edərək müstəqil bir laboratoriyada test etdirdiyini və hüquqi mübarizəsini sonuna qədər davam etdirəcəyini bəyan etmişdi.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.