Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qroznı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda ötən ilin dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzası qurbanlarının xatirəsinə həsr olunmuş lövhənin açılış mərasimi keçirilib.
Azərbaycanın Moskvadakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, mərasimdə ölkəmizin Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Rəhman Mustafayev, AZAL-ın prezidenti Samir Rzayev, Çeçenistanın rəhbərinin və hökumətinin Administrasiyasının rəhbəri Qalas Taymasxanov, respublikanın hökumət və parlament nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən S.Rzayev xatirə lövhəsinin açılmasının həlak olanların xatirəsinə səmimi ehtiramın və insan həmrəyliyinin təzahürü olduğunu vurğulayıb.
Qeyd olunub ki, memorial lövhənin məhz Ramzan Kadırovun tapşırığı ilə 2017-ci ildə açılmış Heydər Əliyev adına parkda yerləşdirilməsi rəmzi xarakter daşıyır. Azərbaycan xalqının Ümummilli Liderinin adı dövlətçilik, məsuliyyət və insanlara xidmət ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.
S.Rzayev vurğulayıb ki, Azərbaycan və Çeçenistan xalqları arasında dostluq münasibətləri dərin tarixi, mədəni və mənəvi köklərə malikdir, qarşılıqlı hörmət və dəstək üzərində qurulub. O bildirib ki, bu faciənin xatirəsi sülhün, insan həyatının və xalqlar arasında etimadın qorunmasının vacibliyini daim xatırladacaq.
Mərasim iştirakçıları Çeçenistanın rəhbərliyinə və sakinlərinə diqqətə, mərhəmətə və həlak olanların xatirəsinə göstərilən ehtiramlı münasibətə görə təşəkkür edərək bildiriblər ki, xatirə lövhəsi humanizm, həmrəylik və xalqlarımız arasında dostluğun rəmzinə çevriləcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Çağatayla sevgilisinin toy FOTOsu
-
Arvadını qətlə yetirən Coşqunun qonşuları danışdı (Video)
-
Bakının 4 rayonunda işıq olmayacaq
-
"Sovetski"də ikimərtəbəli fərdi yaşayış evi yanıb (Video)
-
"Empire State Building"ə qalxan cütlüyü 20 il həbs gözləyir
-
"Arxanda duranlar qanundan üstün deyil" - Müğənni Ülkərə cinayət işi açıldı (Video)
XƏBƏR LENTİ
-
Santexniklərdən kanalizasiya borusunun açılması ilə bağlı izah
-
Bir daha restorana gedəndə buz istəməyin: Mütəxəssislər səbəbini açıqladı
-
İyul ayı üç bürcə bol şans gətirəcək
-
ABŞ-li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət - (Video)
-
Təyyarədə sərnişinlərin bilmədiyi gizli otaqlar var: Orada yatırlar
-
Yayın istisində yeməli və uzaq durulmalı qidalar
-
Beyni 13 il “cavanlaşdıran” vərdiş
-
Çağatayla sevgilisinin toy FOTOsu
-
Hamar qəbiləsinin adəti müzakirə yaratdı: Qadınlar qamçılanmaqdan qürur duyurlar - (Video)
-
Estoniya Rusiyaya nota verdi
-
Azərbaycan güləşçiləri U-20 Avropa çempionatını 5 medalla başa vurublar
-
Rafael Fiziyevin həyat hekayəsi
-
Günün qoroskopu: Sizi iddialı bir gün gözləyir
-
Arvadını qətlə yetirən Coşqunun qonşuları danışdı (Video)
-
Bakının 4 rayonunda işıq olmayacaq
-
Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi (Foto)
-
"Sovetski"də ikimərtəbəli fərdi yaşayış evi yanıb (Video)
-
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
-
"Empire State Building"ə qalxan cütlüyü 20 il həbs gözləyir
-
"Bu gün "Torpedo" da qalib gələ bilərdi" - Rəşad Sadıqov
-
"Arxanda duranlar qanundan üstün deyil" - Müğənni Ülkərə cinayət işi açıldı (Video)
-
Azərbaycanda güclü qum burulğanı - (Video)
-
Qəzada həyatını itirən Şadmanın (Fotosu)
-
Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb





