AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasından bir il ötür.
Milli.Az xəbər verir ki, 25 dekabr 2024-cü il tarixində dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış və "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Embraer 190-100 IGW" tipli sərnişin hava gəmisi Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən Qazaxıstan Respublikasının ərazisində, Aktau hava limanı yaxınlığında qəzaya uğramışdır. Qəza nəticəsində ekipajın iki üzvü (kapitan və ikinci pilot), baş bələdçi və 35 sərnişin həlak olmuşdur.
Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş ilkin hesabatda aşağıdakı faktlar təsdiqlənir:
1. Dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış və "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Embraer 190-100 IGW" tipli sərnişin təyyarəsi Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən uçuşun başlanğıcından Qroznıya qədər marşrut hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin uçuşa yararlılığına dair bu məlumatlar, o cümlədən idarəetmə sistemlərinin işi FDR məlumatları ilə təsdiqlənmişdir;
2. Qəza anınadək təyyarənin hər iki mühərriki texniki problem olmadan işləyib. Bu məlumat da FDR məlumatları ilə təsdiqlənir;
3. Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş zamanı təyyarə GPS siqnallarını itirmişdir;
4. Qroznı üzərində əlverişsiz hava şəraiti səbəbindən təyyarə ikinci dəfə eniş edə bilməmiş, bundan sonra kapitan Bakıya qayıtmaq barədə qərar qəbul etmişdir. Bu qərarın qəbulundan sonra Qroznı üzərində CVR-də 24 saniyə fasilə ilə iki xarici səs qeydə alınmışdır;
5. CVR və FDR məlumatlarının müqayisəsi göstərmişdir ki, birinci xarici səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra isə 2-ci hidravlik sistem sıradan çıxmışdır;
6. Foto və video qeydlərlə təsdiqlənmiş, füzelyajda çoxsaylı zədələnmələr aşkar edilmişdir. Bu zədələnmələr füzelyajın arxa hissəsində, əsasən şaquli və üfüqi stabilizatorlarda, eləcə də sol qanadda və sol mühərrikdə müşahidə olunmuşdur;
7. Təqdim edilən məlumata görə, hava gəmisinin füzelyajında aşkar edilmiş zədələnmələr xarici obyektlərin təsiri nəticəsində yaranmışdır. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasını göstərən hər hansı fakt barədə məlumat yoxdur;
8. Füzelyajın zədələnmələrində aşkar edilmiş, hava gəmisinə aid olmayan yad obyektlər çıxarılmış, onların fotoşəkilləri ilkin hesabatın mətnində ictimaiyyətə təqdim edilmişdir. Aşkar edilmiş yad obyektlərin mənsubiyyətinin dəqiq müəyyənləşdirilməsi üçün gələcəkdə əlavə ekspertizaların aparılması planlaşdırılır;
9. Saat 05:13:32-də hava gəmisində əsas idarəetmə sistemləri sıradan çıxmış, saat 05:21:42-də qarşılıqlı əlaqə üzrə dispetçer Qroznıya "Kover" əməliyyatının aparılması barədə məlumat vermişdir;
10. Oksigen balonunun partlaması faktını əks etdirən heç bir məlumat göstərilməmişdir.
ICAO-nun Çikaqo Konvensiyasının tələblərinə uyğun olaraq, ilkin hesabatdan sonra hadisə tarixindən etibarən bir il ərzində qəzanın səbəbləri barədə yekun hesabat hazırlanmalıdır.
Həmçinin qeyd edək ki, 29 dekabr 2024-cü il tarixində Prezident İlham Əliyev aviasiya qəzasında həlak olmuş ekipaj üzvləri - Kşnyakin İqor İvanoviçə, Kalyaninov Aleksandr Georgiyeviçə, Əliyeva Okümə Cəlil qızına Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması zamanı xidməti vəzifələrin icrası və sərnişinlərin həyatının xilas edilməsi zamanı göstərdikləri yüksək peşəkarlıq, cəsarət və fədakarlığa görə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adının verilməsi barədə sərəncam imzalamışdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çağatayla sevgilisinin toy FOTOsu
-
Arvadını qətlə yetirən Coşqunun qonşuları danışdı (Video)
-
Bakının 4 rayonunda işıq olmayacaq
-
"Sovetski"də ikimərtəbəli fərdi yaşayış evi yanıb (Video)
-
"Empire State Building"ə qalxan cütlüyü 20 il həbs gözləyir
-
"Arxanda duranlar qanundan üstün deyil" - Müğənni Ülkərə cinayət işi açıldı (Video)
XƏBƏR LENTİ
-
Santexniklərdən kanalizasiya borusunun açılması ilə bağlı izah
-
Bir daha restorana gedəndə buz istəməyin: Mütəxəssislər səbəbini açıqladı
-
İyul ayı üç bürcə bol şans gətirəcək
-
ABŞ-li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət - (Video)
-
Təyyarədə sərnişinlərin bilmədiyi gizli otaqlar var: Orada yatırlar
-
Yayın istisində yeməli və uzaq durulmalı qidalar
-
Beyni 13 il “cavanlaşdıran” vərdiş
-
Çağatayla sevgilisinin toy FOTOsu
-
Hamar qəbiləsinin adəti müzakirə yaratdı: Qadınlar qamçılanmaqdan qürur duyurlar - (Video)
-
Estoniya Rusiyaya nota verdi
-
Azərbaycan güləşçiləri U-20 Avropa çempionatını 5 medalla başa vurublar
-
Rafael Fiziyevin həyat hekayəsi
-
Günün qoroskopu: Sizi iddialı bir gün gözləyir
-
Arvadını qətlə yetirən Coşqunun qonşuları danışdı (Video)
-
Bakının 4 rayonunda işıq olmayacaq
-
Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi (Foto)
-
"Sovetski"də ikimərtəbəli fərdi yaşayış evi yanıb (Video)
-
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
-
"Empire State Building"ə qalxan cütlüyü 20 il həbs gözləyir
-
"Bu gün "Torpedo" da qalib gələ bilərdi" - Rəşad Sadıqov
-
"Arxanda duranlar qanundan üstün deyil" - Müğənni Ülkərə cinayət işi açıldı (Video)
-
Azərbaycanda güclü qum burulğanı - (Video)
-
Qəzada həyatını itirən Şadmanın (Fotosu)
-
Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb





