Mədəsi tam götürülən pasiyent danışdı: "Bağırsağımı qida borusuna tikiblər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxt sakini Anar İsazadə mədəkiçiltmə əməliyyatlarından sonra ciddi sağlamlıq problemləri yaşadığını iddia edib.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, artıq çəki problemi səbəbilə ilk dəfə 2017-ci ildə bu tip cərrahi müdaxiləyə məruz qalıb. Bir müddət sonra yenidən çəki artımı müşahidə olunduğunu deyən Anar İsazadə, həkimlərin ikinci əməliyyatın mümkün olduğunu bildirdiyini qeyd edib.
Şikayətçinin sözlərinə əsasən, ona "Modern Hospital"da fəaliyyət göstərən cərrah Taryel Ömərov məsləhət görülüb. Lakin məhz bu əməliyyatdan sonra səhhətində ağırlaşmalar başlayıb. Anar İsazadə bildirib ki, əməliyyatdan təxminən on gün sonra yüksək hərarət yaranıb və həkimlə əlaqə saxlayıb. Klinika müayinəsində rentgen müayinəsi aparılıb və hər hansı problem olmadığı deyilərək evə buraxılıb.
Bununla belə, vəziyyətinin daha da pisləşdiyini deyən İsazadə kürək nahiyəsində güclü ağrıların yarandığını bildirib. Sonradan aparılan müayinələr zamanı qida borusunda fistula əmələ gəldiyi məlum olub. Qida borusuna stend yerləşdirilsə də, iki ay sonra problem yenidən təkrarlanıb. Onun sözlərinə görə, qida və su qəbul edərkən güclü öskürək tutmaları yaranıb və 2024-cü il ərzində ümumilikdə səkkiz dəfə əməliyyat keçirib. Nəticədə mədəsinin tamamilə götürüldüyünü və bağırsağın qida borusuna birləşdirildiyini bildirib.
Anar İsazadə məsələ ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşdığını da qeyd edib.
Əməliyyatı icra edən həkim Taryel Ömərov isə səsləndirilən iddialarla razılaşmadığını deyib. Onun sözlərinə görə, 28 iyul 2023-cü il tarixində Anar İsazadəyə təkrar mədəkiçiltmə əməliyyatı icra olunub və pasiyent uzun müddət normal həyatına davam edib. Həkim bildirib ki, 2024-cü ildə aparılan müayinələr zamanı qida borusunda təxminən 2 millimetr ölçüsündə kiçik dəlik aşkarlanıb. O vurğulayıb ki, əməliyyat qarın boşluğunda aparılıb və yaranan problemin əməliyyat sahəsindən təxminən iki santimetr yuxarıda yerləşdiyi müəyyən edilib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, əməliyyatı icra edən həkim Taryel Ömərovun adı Səhiyyə Nazirliyinin Tibb İşçilərinin Vahid Reyestrində var, həmçinin cərrah kimi çalışması üçün müvafiq sertifikatı mövcuddur: "Cərrah Taryel Ömərovun fəaliyyəti ilə bağlı bu vaxtadək Analitik Ekspertiza Mərkəzinə heç bir rəsmi şikayət daxil olmayıb. Sorğuda qeyd edilən əməliyyatın üzərindən 4 aydan çox vaxt keçdiyi üçün inzibati xətanın müddəti bitib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 38.1 bəndinə müvafiq olaraq, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən gec 4 ay keçənədək qüvvədə olur. Bu isə göstərilən faktla bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada Mərkəz tərəfindən uyğun tənbeh tədbirinin icrası üçün məhdudiyyət yaradır. Belə olan halda vətəndaş təsdiqedici sənədlərlə prokurorluğa müraciət etməlidir".
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeni model üzrə müəllim qəbulu: Müsahibələr start götürdü
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı sabah keçiriləcək
-
Çox insanın sevdiyi yemək xərçəngə səbəb olurmuş
-
Kolleclərə ixtisas seçimi başladı
-
Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
-
Yasamalın bir hissəsində elektrik kəsiləcək
XƏBƏR LENTİ
-
Yeni model üzrə müəllim qəbulu: Müsahibələr start götürdü
-
Hacıqabulda ağır yol qəzası: Bir nəfər ölüb
-
200 milyon dollarlıq Fond - Vəsaitlər hara yönələcək?
-
Tərtərdə narkotik əməliyyatı: 5 kiloqram narkotik vasitə aşkarlanıb
-
Moskvadan Bakıya toya gələn xalaoğulları dənizdə boğuldu
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı sabah keçiriləcək
-
Çox insanın sevdiyi yemək xərçəngə səbəb olurmuş
-
Kolleclərə ixtisas seçimi başladı
-
İrandan Almaniyaya aparılan yükdə 112 kiloqram heroin tapıldı
-
Neft qiymətləri yenidən ucuzlaşdı
-
Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
-
Yasamalın bir hissəsində elektrik kəsiləcək
-
Təbii qazın qiyməti artdı
-
Avqustda pul cəlb edəcək bürclər
-
Küçələrə xüsusi boya çəkildi: Temperatur 10 dərəcə düşdü
-
Amerikada 152 milyard dollarlıq nəhəng xəzinə tapıldı
-
Yadplanetlilərin gizlənə biləcəyi yer tapıldı
-
Manqalda ətin yapışmaması üçün sadə üsul
-
Uşaqların ən sevimli səhər yeməyi: Kakaolu Pankek
-
Ürək tutmasının qarşısını alan şirə elan olundu
-
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
-
Sadə qatığı xüsusi desertə çevirən sirr
-
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
-
7 gün bunu etsəniz iltihabdan xilas olacaqsınız





