Erməni yazıçılar istəsə, görüşərəm - Anar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mən Xalq diplomatiyasının gücünə həmişə inanmışam. Əgər erməni yazıçılar istəyərlərsə, təşəbbüs göstərərlərsə, onlarla görüşüb sülhə gedən yolda müzakirələr apararam.
Milli.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.
Xalq yazıçısı bildirib ki, qarşı tərəfdən təklif olarsa, dəyərləndirəcək: "Erməni yazıçıların belə niyyəti varsa, qoy, bizə müraciət etsinlər. Mən görüşüb müzakirələr apararam. Lakin özüm ilk təşəbbüsü göstərmək fikrində deyiləm. Açığını desəm, hazırda erməni yazıçılarla hansısa əlaqəm yoxdur, çoxdandır başqa ölkələrdə keçirilən tədbirlərdə də qarşılaşmırıq.
Əgər görüş xoş niyyətlidirsə və hansısa təxribat yoxdursa, niyə pis baxım ki. Azərbaycan tərəfi həmişə səmimi olub, onlardan da bunu gözləyirəm. Xalq diplomatiyası mütləq olmalıdır".
Qeyd edək ki, oktyabrın 21-də Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Görüş iki ölkə arasında sülh prosesinə dəstək məqsədi daşıyıb və bu formatda keçirilən ilk təmas kimi qiymətləndirilir. İrəvanda Azərbaycan nümayəndə heyəti Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də rəsmi şəxslərlə bir sıra görüşlər keçirib.
Azərbaycan tərəfini Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova ("1news.az" saytının baş redaktoru) və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin "Qadınlar Sülh və Əmin-amanlıq" Mərkəzinin rəhbəri) təmsil ediblər. Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyətinin də Azərbaycana səfəri gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
Otlaqda dincələrkən ilan başından sancdı
-
“Uzak şehir”in sezon finalı sızdırıldı - əsas qəhrəmanlar öləcək
-
"Taşacak bu deniz"in aktyoru evləndi - FOTO
-
Tacir Şahmalıoğlunun övladının toyudur - VİDEO
-
Cəbrayılda “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçirilib - FOTO
XƏBƏR LENTİ
-
104 yaşlı anasını 105 min dollarlıq qızıl tabutda BASDIRDI - VİDEO
-
Putinin təyyarəsini görmək istəyənlər BAXSIN - VİDEO
-
İnşaatda yeni dövr başlayır: Poladdan yüngül, zəlzələyə və suya davamlı yeni material gəldi
-
Köçmək üçün ən yaxşı ölkələrin siyahısı açıqlandı: İsveçrə liderdir
-
Damağınızı dadlandıracaq praktik limon topları resepti
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
Günün qoroskopu: Bu gün intuisiyanız çox güclüdür
-
Türkiyədə qurban kəsimlərində minlərlə insan xəsarət alıb
-
Messinin 21 metrlik heykəli söküləcək
-
Otlaqda dincələrkən ilan başından sancdı
-
“Uzak şehir”in sezon finalı sızdırıldı - əsas qəhrəmanlar öləcək
-
Paşinyan Ermənistanla bağlı planlarını açıqlayıb
-
"Taşacak bu deniz"in aktyoru evləndi - FOTO
-
Futbolçu ailəsi ilə qəzaya düşdü - FOTO
-
Tacir Şahmalıoğlunun övladının toyudur - VİDEO
-
Razılıq əldə olundu! 70 milyon avroya nəhəng transfer baş tutur
-
Nəriman milliyə dəvət olundu - FOTO
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım edilib - FOTO
-
Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib
-
Cəbrayılda “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçirilib - FOTO
-
Alçanın bu xeyrini bilirdiniz?
-
Çağla Şikel yeni sevgilisi ilə... - FOTOlar
-
Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir - Gürcüstan Prezidenti
-
Bakı metrosunun genişləndirilməsinə 180 milyon dollar ayrılıb - 10 yeni stansiya tikiləcək





