Bələdiyyə sədri Günay həbs olundu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin İzmir şəhərində hüquq-mühafizə orqanları tərəfindən yerli idarəetmə orqanına qarşı genişmiqyaslı korrupsiya əməliyyatı keçirilib.
Milli.Az xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Güzelbahçe Bələdiyyəsində xüsusi əməliyyat reallaşdırılıb. İl Jandarma Komutanlığı qrupları tərəfindən bələdiyyə binasında və şübhəlilərin ünvanlarında geniş axtarışlar aparılıb.
Baş Prokurorluq bələdiyyə rəhbərliyinə qarşı irəli sürülən ittihamların kifayət qədər ciddi əsaslara söykəndiyini açıqlayıb. İstintaq materiallarına görə, əməliyyat "cinayət törətmək məqsədilə dəstə yaratmaq", "rüşvətxorluq", "vəzifə səlahiyyətlərindən sui-istifadə", "dövlətə ziyan vurma" və "şəhərsalma və tikinti qanunvericiliyinin pozulması" maddələri üzrə başlanılıb.
Əməliyyat çərçivəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan Güzelbahçe Bələdiyyəsinin hazırkı sədri Mustafa Günay, bələdiyyənin keçmiş sədri Mustafa İnce, bələdiyyə sədrinin həyat yoldaşı və Memarlıq və Şəhərsalma şöbəsinin müdiri də daxil olmaqla azı beş nəfər nəzarətə alınıb.
Jandarmadakı ilkin dindirmə və tibbi müayinə prosedurlarından sonra şübhəli şəxslər ədalət məhkəməsinə sövq ediliblər. Məhkəmənin qərarı ilə Güzelbahçe Bələdiyyəsinə rəhbərlik edən Mustafa Günay və bələdiyyənin Memarlıq və Şəhərsalma şöbəsinin müdiri Özgür Bayraktar barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndəriliblər.
Əməliyyat zamanı saxlanılan digər üç nəfər, o cümlədən keçmiş bələdiyyə sədri isə məhkəmə nəzarəti şərti və ölkədən çıxış qadağası qoyulmaqla sərbəst buraxılıblar. Hazırda prokurorluq tərəfindən faktla bağlı çoxşaxəli istintaq tədbirləri davam etdirilir. \Nocomment.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Dələduzluğa görə tutulan 74 yaşlı qadının Fotosu
-
Məşhur modelin başı qazandan, ayaqları soyuducudan tapıldı – Yeni detallar - (Foto)
-
ADNSU-da 24 il əvvəl törədilən cinayətin üstü açıldı
-
Tanınmış xanəndənin əri həbs olundu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi
XƏBƏR LENTİ
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib
-
Polşada terror aktı ilə bağlı beş nəfər saxlanılıb
-
Totti "Fənərbağça"a üçün İstanbula getdi
-
Natavan Həbibi tanınmaz halda (Foto)





