Sobada pambıq kimi antrikot resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sobada pambıq kimi yumşalan, çölü xəfif qızarıb daxili şirəli qalan ət yeməkləri süfrələrin hər zaman ən seçilən təamlarındandır. Doğru marinad üsulu ilə hazırlanan bu qabırğa resepti hər bir təqdimata mükəmməl uyğunlaşır. Yanında soba tərəvəzləri, plov və ya təzə salatla servis edildikdə olduqca doyumcul bir əsas yeməyə çevrilir.
Milli.Az lazım olan məhsulları təqdim edir:
8 ədəd quzu və ya dana antrikotu
4 xörək qaşığı zeytun yağı
1 ədəd sürtgəcdən keçirilmiş baş soğan
3 diş əzilmiş sarımsaq
Marinad sosu və ədviyyatları:
1 su stəkanı soyuq süd
1 xörək qaşığı qatıq
1 tatlı qaşığı kəklikotu
1 çay qaşığı qara istiot
1 çay qaşığı qırmızı şirin toz bibər
Zövqə görə duz
İstəyə bağlı olaraq rozmarin
Hazırlanma qaydası
Qabörğanı geniş bir qaba yerləşdirin. Üzərinə sürtgəcdən keçirilmiş soğanı, əzilmiş sarımsağı, südü, qatığı, zeytun yağını və bütün ədviyyatları (kəklikotu, istiot, toz bibər, duz) əlavə edin.
Bütün materialları ətlərə yaxşıca yedirdərək masaj edin. Qabın üzərini streç filmlə bağlayıb, dadların bir-birinə hopması və ətin yumşalması üçün soyuducuda ən az 2 saat saxlayın.
Marinad olunmuş ətləri yağlı kağız sərilmiş soba listinə nizamla düzün.
Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada təxminən 35-40 dəqiqə nəzarətli şəkildə bişirin.
Bişmə prosesi zamanı ətlərin qurumaması üçün, listin dibinə çökən öz şirəsindən qaşıqla götürüb ara-sıra ətlərin üzərinə gəzdirin.
Bişməyinə son 5 dəqiqə qalmış sobanın yalnız üst qızdırıcı funksiyasını yandıraraq qabırğaların üzərinin xəfif qızarmasını təmin edin. Sobadan çıxardıqdan sonra əti kəsməzdən əvvəl 3-5 dəqiqə dincəldin və isti halda servis edin.
Marinad zamanı süd və qatığın tərkibindəki asidlər ətin liflərini parçalayaraq onun pambıq kimi olmasını təmin edir. Süd əvəzinə qatıq suyu və ya kefir də istifadə edə bilərsiniz.
Əti sobaya qoymazdan 10-15 dəqiqə əvvəl soyuducudan çıxarıb otaq temperaturuna gətirsəniz, hər tərəfi bərabər dərəcədə bişər.
Ətləri düzərkən aralarına xırda arpacıq soğanlar, rəngli bibərlər və ya kərə yağı parçaları qoysanız, yeməyin aroması daha da zənginləşəcək.
Bu möhtəşəm yeməyi kərə yağlı süzmə düyü plovu və ya sobada qızardılmış ədviyyatlı kartofla servis edə bilərsiniz. Yanında közlənmiş pomidor-bibər və mövsüm salatı ilə süfrəyə vizual rəng qatın. Təqdimat zamanı ətin üzərinə təzə kəklikotu budaqları qoymaq da əla ideyadır.
Nuş olsun!
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
İtalyanların qurumayan pizza xəmiri resepti: Yalnız bir qaşıq əlavə edirlər
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Pendirli və göyərtili toyuq kotleti resepti
XƏBƏR LENTİ
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq





