İdman

Messinin 21 metrlik heykəli söküləcək

27 May 2026 23:55
Baxış: 370
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

21 metrlik Lionel Messi heykəli təhlükəsizlik səbəbilə Hindistanda başqa yerə köçürüləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Argentina millisinin və "İnter Mayami"nin hücumçusunun abidəsi 2025-ci ilin dekabrında Kolkatada futbolçunun ölkə turu zamanı açılmışdı.

BBC-nin Hindistan mediasına istinadən yaydığı məlumata görə, İctimai İşlər Departamentinin (PWD) mühəndisləri yerli sakinlərin şikayətlərindən sonra heykəli yoxlayıb və abidənin konstruksiyasında ciddi problemlər aşkarlayıblar. Bundan sonra onun dərhal sökülərək başqa yerə daşınmasına qərar verilib.

"Argentina futbolunun əfsanəsinin heykəli təhlükəlidir. Biz onun küləkdə yelləndiyini müşahidə etdik", - deyə Qərbi Benqal qanunverici məclisinin deputatı Şaradvat Mukherjee bildirib.

Siyasətçinin sözlərinə görə, heykəlin hərəkətli yolun və yeraltı keçidin yaxınlığında yerləşməsi söküntü işlərini çətinləşdirir. Buna baxmayaraq, hakimiyyət orqanları "ilk fürsətdə" abidənin sökülməsini planlaşdırır.

Şüşəlif və dəmir konstruksiyadan hazırlanan heykəl möhkəm neylon troslarla bərkidilib. İnsanların və nəqliyyatın əraziyə yaxınlaşmasının qarşısını almaq üçün baryerlər qurulub. Rəsmilər 45 nəfərlik briqadanın 27 gün ərzində hazırladığı abidə üçün alternativ məkanları nəzərdən keçirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.