İdman

Futbolçu ailəsi ilə qəzaya düşdü - FOTO

27 May 2026 23:16
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə Birinci Liqasında çıxış edən "Ankaragücü" Futbol Klubunun oyunçusu Furkan Perker ailəsi ilə birgə qəzaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə onlar Qurban bayramı tətili üçün Ankaradan Antalyanın Manavqat rayonuna gedərkən olub.

Belə ki, avtomobil Manavqatın Dereağzı bölgəsində idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb və bir neçə dəfə aşıb.

Tamamilə yararsız hala düşən maşında olan 5 nəfər yaralanıb. Nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan 2 nəfər xilasedicilər və təcili tibbi yardım əməkdaşları tərəfindən çıxarılıb.

Yaralanan Ferşat Perker, həyat yoldaşı Elif İrəm Perker, oğulları Vatan və Furkan Perker, həmçinin 11 yaşlı qızları M.P. ilkin tibbi yardımdan sonra Manavqatdakı xəstəxanalara çatdırılıb.

Sözügedən qəzanın görüntülərini təqdim edirik: 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.