Bakıda məşhur bazar BAĞLANDI: “Binə” və “Sədərək” isə…
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Eurohome" tikinti bazarının fəaliyyətinin dayandırılması ətrafında müzakirələr davam edir. Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yoxlama zamanı burada bir sıra nöqsanlar aşkar edib və nəticə obyektin fəaliyyəti dayandırılıb.
Xatırladaq ki, bir qədər əvvəl "EuroHome"un sahibinə məxsus olduğu bildirilən hoteldə yanğın hadisəsi baş vermişdi. Bu fonda yalnız bir obyektin fəaliyyətinin dayandırılması ictimai müzakirələrə səbəb olur. Məsələn, "Binə", "Sədərək", "8-ci km" bazarı və digər obyektlərdə vaxtaşırı baş verən yanğınların əsas səbəblərindən biri kimi texniki təhlükəsizlik qaydalarına əməl olunmaması göstərilir.
Belə olan halda niyə məhz "EuroHome" hədəfə çevrilib?
Məsələ ilə bağlı Globalinfo.az Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlik verilən qərarı belə əsaslandırıb:
"Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən "EuroHome" tikinti materiallarının satışı bazarında Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış çıxarış əsasında keçirilən sonuncu yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunan pozuntuların insanların həyat və sağlamlığına, həmçinin dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən olunaraq, habelə sözügedən obyektdə sahibkarlıq fəaliyyətinin kütləvi təşkil olunduğunu və bu səbəbdən baş verən yanğınlar zamanı vətəndaşlara yüksək miqdarda maddi ziyan dəyməsi ehtimalını nəzərə alaraq "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanununun 28-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi ilə bağlı Qərar qəbul edilib".
Açıqlamada bildirib ki, həmin obyektdə daha öncə keçirilən yoxlamalar zamanı analoji hallar müəyyən olunaraq, sözügedən pozuntuların aradan qaldırılması məqsədilə sahibkara kifayət qədər vaxt verilib:
"Müəyyən olunan vaxt çərçivəsində tədbirlər yerinə yetirilmədiyindən barəsində ən son zəruri tədbir olan məhdudlaşdırıcı tədbirin tətbiqi ilə bağlı qərar qəbul edilib. Digər obyektlərlə münasibətdə isə yoxlamalar qanunvericiliklə müəyyən olunmuş dövriliklə həyata keçirilərək zəruri tədbirlərin görülməsi təmin olunur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nəfəsin oriental rəqsi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Narkotik çəkən hunday sürücüsü TUTULDU - FOTO
-
Sabah dəniz havası olacaq
-
Bələdiyyə sədri Günay həbs olundu - FOTO
-
Bu binalarda evi olanlar UDDU
-
Nazir ilanı yalın əllə tutdu
-
DYP-dən sürücü və piyadalara ÇAĞIRIŞ
-
Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir - Kamaləddin Qafarov
-
Bakıda məşhur bazar BAĞLANDI: “Binə” və “Sədərək” isə…
-
"Real Madrid"də prezident seçkisinin tarixi ELAN OLUNDU
-
Ülviyyə Həmzəyeva yenə SƏDR OLDU
-
22 yaşlı bloqerin müəmmalı ÖLÜMÜ - FOTO
-
Bu ölkə Böyük Britaniyadan ayrılmaq istəyir
-
Polis əməkdaşlarına atəş açan şəxs zərərsizləşdirildi
-
Məmmədbağır Bağırzadənin oğlu efirdə hönkür-hönkür AĞLADI - VİDEO
-
Şuşada bayram namazı qılınıb - FOTO
-
Hoteldə 2 qadına xəsarət yetirib qızıllarını OĞURLADI - FOTO
-
“ABŞ gələn həftə bu ölkəyə hücum planlaşdırır”
-
Xırdalanı təmizləyənlərin "konserti" maraq yaratdı - VİDEO
-
Qurbanlıqları bu ünvanlardan ala bilərsiniz
-
Tramp ona yeni vəzifə verdi
-
ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib - FOTO
-
Putin Qazaxıstana görün nə HƏDİYYƏ ETDİ - FOTO
-
Məscidlərdə bayram namazı qılındı - Yenilənib - FOTO





