Bu binalarda evi olanlar UDDU
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İpoteka kreditləri son illərdə mənzil bazarının əsas hərəkətverici amillərindən birinə çevrilib. Bu kredit mexanizmi əhalinin mənzil əldə etmə imkanlarını genişləndirməklə yanaşı, bazarda tələbin artmasına da səbəb olur. Nəticədə daşınmaz əmlak qiymətlərində dəyişikliklər və yeni tendensiyalar müşahidə edilir. Bəs ipoteka kreditləri bazar dinamikasına necə təsir edir?
Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, ipotekanın mənzil bazarına böyük təsiri var:
"Hazırkı vəziyyətdə ümumilikdə əmlak alanların demək olar ki, 35-40%-i ipoteka ilə ev alanların payına düşür. Digər tərəfdən, məsələn, ipoteka ilə ev alan şəxs kiminsə evini alırsa, evini satan şəxs də gedib başqa bir mənzil alır. Yəni, ümumilikdə o 40% hazırkı bazarda ipoteka ilə ev alanların və yaxud ipoteka vasitəsilə satılan evin sahibinin payına düşür. İpoteka hazırkı vəziyyətdə ipotekaya yararlı mənzillərin qiymətində artıma səbəb olur. Əsasən də çıxarışı (kupçası) olan yeni binalar və Sovetlər vaxtında tikilmiş, 1970-ci ildən sonraya aid olan 9 mərtəbəli köhnə binalar İpoteka Fondu tərəfindən girov predmeti kimi qəbul edildiyi üçün, bu tipli mənzillərin qiyməti digər mənzillərlə müqayisədə daha tez yuxarı qalxır və tələbat da artır. Bir sözlə, ipoteka ilə satılan mənzillərin qiymətlərində digər mənzillərə nisbətən daha çox artım müşahidə edilir".
Ekspert deyib ki, tələbatın ən çox olduğu əmlak kateqoriyası isə çıxarışı olan yeni binalar və ipoteka predmeti olan köhnə 9 mərtəbəli binalardır:
"İpotekanın Azərbaycan əmlak bazarına, xüsusilə də Bakı şəhərinə birbaşa təsiri var. İpoteka təsdiq olunduğu vaxt birdən-birə bazara xeyli alıcı qüvvəsi çıxdığı üçün qiymətlər artır. İpotekaya yararlı mənzillərin sayı nisbətən az olduğu üçün əmlak sahibləri və ya tikinti şirkətləri bundan fürsət kimi istifadə edərək qiymətləri daha da qaldırırlar. Digər tərəfdən, 4 və ya 5 mərtəbəli binalar ipoteka predmeti olmadığı və İpoteka Fondu onları girov kimi qəbul etmədiyi üçün bu mənzillərin qiymətində o qədər də artım müşahidə edilmir. Bazarda tələbat nəyədirsə, onun da qiyməti artır. İpotekadan başqa, banklar tərəfindən daxili kreditlər hesabına, girov qarşılığında kreditlərin verilməsi işləri də aparılır. Bu zaman daxili kreditlərdə də, eynilə İpoteka Fondunda olduğu kimi, çıxarışı olan yeni binalar və 9 mərtəbəli evləri banklar girov kimi götürdükləri üçün bu binalarda da (söhbət bankların verdiyi daxili ipotekadan gedir) qiymət artımı təsirini göstərir. İpotekanın da şərtləri var, yəni hər binanı girov qoymaq mümkün deyil. Burda binanın texniki göstəriciləri əsas götürülür: daha çox yeni binalara üstünlük verilir, yaxud da qəzalı vəziyyətdə olmayan, 1970-ci ildən sonra tikilmiş 9 mərtəbəli köhnə binalardan söhbət gedir. Qiymətləndirmə gəlir, evə qiymət qoyur, əgər qoyulan qiymət ipoteka fondunu və ya bankı qane edirsə, həmin mənzil girov saxlanılaraq vətəndaşa müəyyən məbləğ ayrılır. Bu mexanizm bu cür işləyir. Konkret olaraq, hazırda Azərbaycan bazarında mənzil alanların 40%-i ipoteka (istər dövlət ipotekası, istərsə də bankların daxili krediti) vasitəsilə ev alanlardır. Bu mənzillərdə çıxarışın olması əsas şərt kimi irəli sürülür",- deyə o qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı
-
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadılıb
-
Əli Əsədov qərar imzaladı
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Münsiflər Heyəti bəlli oldu
-
Astara Gömrük İdarəsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi
-
Bakıda məktəb və universitetlərdə dərs saatları dəyişdirilə bilər
XƏBƏR LENTİ
-
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırıb
-
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
-
İtkin düşən, sonra Ermənistanda həbs edilən hərbçimizlə bağlı BQXK-dan bəyanat
-
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik edib
-
"Kızılcık şerbeti"ndə dəyişiklik - (Foto)
-
Əhmədli metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə verilir
-
Sabah Binəqədi şossesinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
-
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
-
"Anam kimi mən də 40 yaşında ana oldum" - Zülfiyyə Xanbabayeva
-
Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Yenilənib
-
Xalq şairi Süleyman Rüstəmin 120 illik yubileyinə həsr olunmuş “Sözün nəğməyə çevrildiyi an” adlı ədəbi-bədii musiqi gecəsi keçirilib - (Foto)
-
Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldonu davranışını tənqid etdi
-
Əvvəl çevriliş planı, sonra neft payı, indi isə nankorluq ittihamı: Ankaraya tarixi xatırladaq
-
Azərbaycan benzini hansı ölkələrə satır?
-
"Şamaxı" "Şəfa"ya qalib gəldi
-
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı
-
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
-
"Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)
-
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadılıb
-
Əli Əsədov qərar imzaladı
-
İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)
-
İran ABŞ-ni hədələdi: “Onları qovacağıq”
-
Azərbaycanda məhkum öldü





