İdman

Dünya çempionatını buraxacaq

27 May 2026 17:13
Baxış: 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İngiltərənin "Tottenhem" klubunda çıxış edən Qana millisinin futbolçusu Məhəmməd Kudus bu il keçiriləcək dünya çempionatını buraxacaq.

Milli.Az xəbər verir ki, buna 25 yaşlı vingerin zədəsinin sağalmaması səbəb olub.

Afrikalı oyunçu yanvarın 4-də Premyer Liqanın XX turunda "Sanderland"la matçda (1:1) xəsarət almışdı. Onun zədəsi apreldə yenidən təkrarlanıb.

Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Qana millisi L qrupunda İngiltərə, Xorvatiya və Panama ilə qarşılaşacaq. /"Report"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.