Bugün azarkeşlər üçün əsl həyəcanlı oyun idi.
Milli.Az-ın məlumatına görə, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Çelsi" ilə oyundan sonra açıqlamasında danışıb.
Bütün azarkeşlərə təşəkkür edirəm. Bugün azarkeşlər üçün əsl həyəcanlı oyun idi. Azarkeşlər böyük futbolun nə olduğunu gördülər. Bütün futbolçularımı təbrik edirəm. Belə bir keyfiyyətli komandaya qarşı bir xal qazanmaq da uğurlu nəticədir.
Bu elə bir turnirdir ki, istənilən nəticəni əldə etmək olar. Bizim növbəti rəqiblərimizin 4 xala ciddi ehtiyacları var, onlarla matçlar daha çətin olacaq.
Milli.Az





