Çin ABŞ-dən idxal olunan mallara tətbiq edilən əlavə 24 faizlik rüsumları bir il müddətinə dayandıracaq və yalnız 10 faizlik tariflər qüvvədə qalacaq.
Milli.Az xəbər verir ki, noyabrın 10-dan etibarən Çin ABŞ-nin kənd təsərrüfatı məhsullarına tətbiq edilən 15 faizlik rüsumları da ləğv edəcək.
Çin Maliyyə Nazirliyi bu addımı ÇXR-ABŞ iqtisadi münasibətlərinin sabit inkişafı və qlobal rifah üçün mühüm addım adlandırıb. Qərar Si Cinpin və Donald Trampın Pusanda keçirilən danışıqlarında əldə olunan ticarət razılaşmasının bir hissəsidir.
Asya Hüseyn
Milli.Az





