Dünya

Yaponlara Yeni il günü meydana toplaşmaq qadağan edildi

29 Dekabr 2021 22:20
0 Şərh     Baxış: 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın paytaxtı Tokioda Yeni il öncəsi Sibuya dəmiryol stansiyasının qarşısındakı kəsişmədə təşkil edilən ənənəvi geri sayma mərasiminin keçirilməsi qadağan edilib.

Milli.Az bildirir ki, qadağa haqqında qərar koronovirusla mübarizə çərçivəsində qəbul edilib.

Məşhur Sibuya qovşağına gəlməmək çağırışları sosial şəbəkələr üzərindən də təbliğ edilir.

Eyni zamanda Yeni il ərəfəsində Sibuya qovşağı ərazisinə polis qüvvələrinin cəlb edilməsi də nəzərdə tutulur.

Artıq məlumat verilib ki, dekabrın 31-i saat 23:00-da sözügedən qovşağının ərazisində olan 13 nəhəng ekran söndürüləcək. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.