Gürcüstanda Omicron ştamına yoluxma halı aşkarlanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.
Bildirib ki, yoluxan şəxslərdən biri yaxınlarda ABŞ-dan, digəri isə Dubaydan qayıdıb. Hər ikisi Gürcüstan vətəndaşı olan şəxslərin xəstəliyi yüngül keçirdiyi və evdə müalicə aldıqları qeyd olunub.
Milli.Az