"Omicron" Azərbaycanın bir addımlığında

20 Dekabr 2021 13:56

Gürcüstanda Omicron ştamına yoluxma halı aşkarlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

Bildirib ki, yoluxan şəxslərdən biri yaxınlarda ABŞ-dan, digəri isə Dubaydan qayıdıb. Hər ikisi Gürcüstan vətəndaşı olan şəxslərin xəstəliyi yüngül keçirdiyi və evdə müalicə aldıqları qeyd olunub.

Milli.Az