Dünya

Ermənistan parlamentində stullar yoxa çıxdı

18 Dekabr 2021 07:47
0 Şərh     Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan parlamentində qalmaqal davam edir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, parlament binasında jurnalistlər üçün nəzərdə tutulan stullar yoxa çıxıb.

Nəticədə media nümayəndələri yerdə oturmağa məcbur olublar. Jurnalistlərin sözlərinə görə, kreslolar parlamentin spikeri Alen Simonyanın birbaşa göstərişi ilə yoxa çıxıb. Belə ki, o, yaxınlaşanda operatorların və jurnalistlərin ayağa qalxmağa cəsarət etməməsindən narazı qalıb.

Məsələ ilə bağlı ombudsmanlığa namizəd, ədliyyə nazirinin müavini Kristina Qriqoryan bildirib ki, hadisənin təfərrüatını bilmir, bu səbəbdən hər hansı açıqlama verə bilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.