Rusiya baş nazirinin müavini Aleksey Overçuk iqtisadi məsələlər üzrə Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasına qatılmaq üçün İrəvana gedir.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məlumatı "Sputnik Ermənistan"a Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən təsdiqləyib.
Hökumətlərarası komissiyanın iclası dekabrın 21-22-də baş tutacaq.
Sonuncu dəfə Aleksey Overçuk İrəvana noyabrın sonunda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşündən əvvəl gedib.
Milli.Az