Dünya

Koronavirus qadağalarına etiraz edən Santa-Klaus həbs edildi

15 Dekabr 2021 12:12
0 Şərh     Baxış: 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Ştralzund şəhərində koronavirus məhdudiyyətlərinə və məcburi peyvəndləməyə qarşı aksiyada iştirak edən Santa-Klaus polislər tərəfindən saxlanılıb.

Qeyd olunur ki, Santa-Klaus kostyumunu geyinən kişinin əlində tutduğu plakatda ictimai yerlərdə maska və peyvənd sertifikatının tələb edilməsinə qarşı şüar yazılıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, həmçinin saxlanılan şəxsin özü də pandemiya ilə əlaqədar tətbiq edilən qaydaların heç birinə riayət etməyib.

Saxlanılan zaman etirazçı polisə müqavimət göstərib, özünü aqressiv aparıb və hökumət əleyhinə şüarlar səsləndirib.

Son məlumata görə, Santa-Klaus geyimində olan şəxs böyük məbləğdə cərimə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.