Dünya

Polşa Avropa İttifaqını hədələyib

12 Dekabr 2021 19:39
0 Şərh     Baxış: 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşanın ədliyyə naziri Zbiqnev Zebro bildirib ki, əgər Brüssel subsidiyaları azaldarsa, respublikanın Avropa İttifaqının büdcəsinə ödənişi dayandıracağı istisna deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, nazir bu barədə "Financial Times"-a bildirib.

Zbiqnev Zebro bu barədə belə deyir:

"Polşa yekdil qərar tələb edən bütün məsələlərdə Aİ-nin şantajına veto ilə cavab verməlidir. Mübahisə davam edərsə, təşkilatın büdcəsinə ödənişlərin dayandırılmasını tələb edəcəm".

Ədliyyə Nazirliyinin rəhbəri həmçinin ölkənin iqlim və enerji proqramlarında iştirakına yenidən baxılmasını təklif edib.

Onun fikrincə, Avropa İttifaqı Varşava üçün reallaşdırılmayan şərtlər irəli sürür. Bundan əlavə, Zebro Avropa rəhbərliyini Polşa hökumətini dəyişməyə cəhddə ittiham edib:

"Onların polyaklara açıq mesajı var: əgər indiki hökuməti dəstəkləsəniz, vəsait almayacaqsınız. Onlar qanunun aliliyinə əhəmiyyət vermirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.