Dünya

ABŞ-da “omicron”a yoluxanların çoxu peyvənd olunub

11 Dekabr 2021 20:41
0 Şərh     Baxış: 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da "omicron" ştamına yoluxanların əksəriyyəti tam peyvənd olunanlardı.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (CDC) bildirilib ki, "omicron" ştamına yoluxan 43 nəfərdən 34-ü peyvənd olunanlardı. Onlardan 14-ü artıq təkrar peyvənd edilib. Peyvənddən 14 gün keçməmiş beş yoluxma halı qeydə alınıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yoluxanların əksəriyyətində öskürək, burun tutulması və yorğunluq kimi yüngül simptomlar var. Çox az hallarda xəstələr ürəkbulanma, qusma, nəfəs darlığı, ishal, dad və ya qoxu itkisinin olduğunu bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.