Türkiyə

Məşhur müğənni evə görə ögey anasını məhkəməyə verdi

6 Sentyabr 2021 12:32
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur müğənnisi Burcu Güneş ögey anası Nuray Güneşi məhkəməyə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb N. Güneşin sənətçinin atasından qalan evi qeyri-qanuni yolla öz adına keçirməsi olub.

Burcu qarşı tərəf barədə mülkiyyət sənədinin ləğvi ilə bağlı iddia qaldırıb.

Qeyd edək ki, ifaçının atası Ali Güneş 2002-ci ildə vəfat edib. Bundan sonra Nuray Güneş oğlu ilə sözügedən mənzildə qalıb, ikinci dəfə ailə qurduqdan sonra məhkəmə prosesindən yayınmaq üçün evi hazırkı həyat yoldaşının adına keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.