Türkiyə

Selçuk Bayraktardan hər kəsi heyrətə salacaq açıqlama - VİDEO

30 Avqust 2021 13:12
1 Şərh     Baxış: 4 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Baykar Texniki"n rəhbəri Selçuk Bayraktar Türkiyənin pilotsuz döyüş təyyarələri istehsal edə biləcəyini bəyan edib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, pilotsuz döyüş təyyarəsi layihəsinin təxminən 10 illik bir xəyal olduğunu vurğulayan Bayraktar "AKINCI-dan sonra daha böyük inamla deyə bilərik ki, indi pilotsuz döyüş təyyarələrimizi istehsal edə bilərik" deyib. Əlavə edib ki, 10-dan artıq ölkə üçün Bayraktar TB2 ixracat müqaviləsi imzalanıb: "Sifarişləri qarşılamaqda çətinlik çəkirik. AKINCI-ya da ciddi tələbat var. AKINCI pilotsuz döyüş təyyarəmizdə 100-dən çox kompüter var və biz onları dizayn etdik. Əslində bu uçan bir robotdur. Bizim üçün kompleks kompüterlərdən ibarət rəqəmsal bir robotdur".

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.