Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 Oktyabr - Türkiyənin Cümhuriyyət Günü ilə bağlı videomüraciət yayımlayıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan şəhidlərə rəhmət diləyib və Türkiyəni müstəqil, güclü və firavan gələcəyə aparma əzmində olduğunu bir daha vurğulayıb:
"Türkiyənin apardığı mübarizənin nəticə verməsinə mane olmaq istəyənlər, o cümlədən regionumuzu qan gölünə çevirmək istəyənlər və onların arxasındakı imperialistlər məqsədlərinə çatmayacaqlar" .
Türkiyə liderinin sözlərinə görə, rəsmi Ankara başa düşür ki, artıq terror təhlükəsinə tamamilə son qoymaq lazımdır.
"Parlaq gələcəyə nail olmaq üçün çox az maneələr qalıb"
Prezident Ərdoğan edilən fədakarlıqların mükafatlandırılacağı bir prosesin astanasında olduqlarını ifadə edib:
"Türkiyə Əsri" dediyimiz parlaq gələcəyə çatmaq üçün həll etməli olduğumuz bir neçə problem qalıb, parlaq gələcəyə nail olmaq üçün çox az qalıb ".
Nərmin Mahmudova
Milli.Az