Türkiyə

Xüsusi təyinatlılar Rusiyaya girdilər

25 Oktyabr 2024 23:44
Baxış: 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın Rusiyaya əlavə qoşun göndərməyi planlaşdırdığını açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, 1500 elit hərbçidən ibarət birinci qrup Şimali Koreyadan 10 minə yaxın hərbçinin yerləşdirilməsi planı çərçivəsində artıq Rusiyanın uzaq şərqində təlim keçir.

"Bloomberg" yazır ki, bu bölmələr Vladivostoka oktyabrın 8-13-də gəliblər.

Kəşfiyyat sənədlərində Şimali Koreyadan Rusiya ordusuna dəstək məqsədilə silah göndərişi də yer alır.

Avqust ayından bəri Pxenyan Rusiyaya təxminən 8 milyon 122-152 mm-lik artilleriya mərmisi verib. Bundan əlavə, Ukraynadakı döyüş meydanında 100-ə yaxın "Hwasong-11" raketi və "Bulsae-4" tank əleyhinə silahı aşkarlanıb.

Cənubi Koreya kəşfiyyatı bu məlumatı müttəfiqlərlə bölüşüb və bəzi informasiyaları NATO-nun Şimali Atlantika Şurasının iclasında təqdim etməyi planlaşdırır.

Mənbələrin məlumatına görə, Vladivostok, Xabarovsk və Uzaq Şərqin digər şəhərlərində keçirilən təlimlərdən sonra Şimali Koreya hərbçiləri Ukraynaya göndəriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.