Şou-biznes

"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva

15 Noyabr 2025 22:32
Baxış: 611
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Niyə ikinci dəfə ailə qurmamağımla bağlı mənə çox sual verirlər. "Şəhidlik" ali ad, rütbədir".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Qadın lüğəti" layihəsində deyib. O, ikinci dəfə ailə qurmamasını belə cavablayıb:

"Zaman-zaman deyirdim ki, kaş boşanmış olardım. Başqa səbəblər olardı, onun acığına başqa addımlar atardım. Axı, o, təsadüfi bir ölümlə məndən ayrılmayıb. O, vətəni qucaqlayaraq məndən ayrılıb. Buna görə bu addımı ata bilmədim. Həmişə deyirlər ki, əvəzolunmaz insan yoxdur. Düzdür, amma yerinə qoya bilmədiyimiz insanlar var. Onun yerinə kimisə qoya bilmədim. Bu haqda heç vaxt düşünmədim. Həyatım elə qəribə, keçməkeşli, qaça-qaçlı, mübarizəli keçdi ki, bunlara vaxt tapmadım". 

Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov da şəhid olub. Onun bu nikahdan bir oğul övladı var. (axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.