Dünya

Pakistanda fişəng fabrikində partlayış - yeddi nəfər ölüb

15 Noyabr 2025 23:31
Baxış: 255
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Pakistanda fişəng istehsalı ilə məşğul olan müəssisədə baş verən partlayış nəticəsində azı yeddi nəfər ölüb, daha 7 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovu lokallaşdırmağa nail olublar.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir və onlar xəstəxanaya yerləşdirilib. Fabrikin binasına ciddi ziyan dəyib.

Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, partlayış çayın kənarındakı əkin sahələrinin arasında gizli şəkildə fəaliyyət göstərən qeyri-leqal müəssisədə baş verib. Hadisənin səbəbləri araşdırılır. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.