Türkiyə

İmamoğlunun qanunsuz əməllərinin peyk görüntüləri yayıldı - VİDEO

14 Noyabr 2025 23:23
Baxış: 293
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbulun sabiq meri və hazırda həbsdə olan Ekrem İmamoğlu haqqında Cebeci bölgəsindəki mədən sahələrində genişmiqyaslı qanunsuz qazıntı fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı iddianamə hazırlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin ərazilərin icazəsiz şəkildə hasilat zonalarına çevrildiyi, peyk görüntülərində isə meşəlik sahələrə ciddi şəkildə zərər vurulduğu bildirilir.

İddianaməyə əsasən, İmamoğlu və ona bağlı şəxslərin təzyiq və təhdid yolu ilə mədən sahələrini ələ keçirdiyi, qanunsuz fəaliyyətlərdən əldə edilən gəlirlərin isə xüsusi şirkətlərə yönləndirildiyi qeyd olunub.

Peyk görüntülərinin 2022-2025-ci illər üzrə müqayisəli təhlili nəticəsində ərazidə icazəsiz qazıntıların aparıldığı ortaya çıxıb. Meşə örtüyünün məhv edilməsi və mədən sahələrinin zərər görməsi isə iddianamənin əsas sübutları arasında yer alıb.

Sənəddə iddia olunur ki, 2019-cu ildən sonra İmamoğlunun göstərişi ilə bir qrup şəxs bölgədəki mədən sahələrini "dövlət göndərib" görüntüsü yaradaraq təzyiq və hədə-qorxu yolu ilə ələ keçirməyə başlayıb.

2021-ci ildən etibarən isə İSTAÇ korporasiyasının səlahiyyətində olan qazıntı sahələrinin istifadəsinə imkan verilməyib və bunun əvəzinə Cebecidəki mədən əraziləri İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən qazıntı sahəsi kimi istifadə olunub.

İddialara görə, qazıntılardan əldə edilən gəlirlər Murat Gülibrahimoğlu adlı şəxsə məxsus şirkətlərin hesablarına yönləndirilib. Bundan başqa, Gülibrahimoğlunun şirkətləri ilə İSTAÇ və İSFALT korporasiyaları arasında müxtəlif müqavilələr imzalanaraq qanunsuz fəaliyyəti leqallaşdırmaq təsiri yaradılıb.

Qeyd edilir ki, prokurorluq sənəddə mədən sahələrindən qanunsuz istifadə və gəlirlərin şəxsi şirkətlər vasitəsilə yönləndirilməsi ilə bağlı araşdırmalarını davam etdirir.

Xatırladaq ki, İmamoğlu bu ilin martında həbs edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.