Saçların tez-tez yağlanması həm qadınların, həm də kişilərin ən çox şikayət etdiyi problemlərdən biridir. Mütəxəssislər bildirirlər ki, bəzi təbii maddələri şampuna əlavə etməklə bu problemdən asanlıqla qurtulmaq mümkündür.
Milli.Az xəbər verir ki, şampunun içinə çay ağacı yağı, limon suyu və bir neçə damcı lavanda yağı əlavə etmək saç diblərindəki artıq yağı azaldır və baş dərisini təmiz saxlayır. Bu qarışım saçları təravətli və yüngül saxlayaraq yağlanmanı 7 günə qədər gecikdirə bilər.
Mütəxəssislər həmçinin saç yuma intervalını düzgün seçməyin vacibliyini vurğulayır - hər gün yumaq yerinə 2-3 gündə bir bu qarışımla yumaq saçların sağlamlığını qorumağa kömək edir.
Qeyd edək ki, təbii yağlara qarşı allergiyası olan şəxslər bu üsulu tətbiq etməzdən əvvəl dəri testindən keçməlidir.
Hüseyn
Milli.Az





