Telefonunuzdakı giriş yalnız şarj üçün deyilmiş: USB-C portunun 10 fərqli funksiyası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Artıq demək olar ki, bütün smartfonlarda USB-C girişi standart halına gəlib. Apple da uzun illər davam edən Lightning dövründən sonra tamamilə USB-C-yə keçib. Lakin istifadəçilərin çoxu bu girişdən yalnız telefonu şarj etmək üçün istifadə edir. Halbuki bu kiçik port düşündüyünüzdən daha çox iş görür.
Milli.Az xəbər verir ki, MacWorld texnologiya dərgisi USB-C girişinin ən maraqlı 10 funksiyasını açıqlayıb:
1. Başqa cihazları şarj etmək
Telefonunuzu kiçik "powerbank" kimi istifadə edə bilərsiniz. USB-C kabeli ilə başqa telefonu, ağıllı saatı və ya qulaqcığı şarj etmək mümkündür.
2. Yaddaşı genişləndirmək
Telefonun yaddaşı dolanda, USB yaddaş və ya xarici disk qoşaraq foto, video və sənədləri asanlıqla köçürmək mümkündür. iPhone-da "Files/Dosyalar" tətbiqi bunu dəstəkləyir.
3. Klaviatura qoşmaq
Uzun mətn yazmalı olduğunuz hallarda USB-C vasitəsilə xarici klaviatura qoşa bilərsiniz. Xüsusən böyük ekranlı telefonlarda mini noutbuk kimi istifadə imkanı yaradır.
4. Xarici mikrofon qoşmaq
USB-C portu vasitəsilə peşəkar xarici mikrofon qoşmaq mümkündür. Bu da video, podcast və ya müsahibələrdə daha aydın və keyfiyyətli səs yazısı deməkdir.
5. SD kart oxumaq
SD kart oxuyucu qoşaraq fotoaparatınızdakı şəkilləri birbaşa telefona keçirə, dərhal redaktə edə bilərsiniz.
6. Telefonu xarici ekrana bağlamaq
USB-C-HDMI adapteri ilə telefonu televizora və ya monitora qoşmaq olur. Film izləmək, təqdimat etmək və oyun oynamaq üçün əlverişlidir.
7. Oyun kolu (gamepad) qoşmaq
Müasir oyun kollan USB-C ilə birbaşa qoşula bilir. Bu, simsiz bağlantılara görə daha az gecikmə və daha dəqiq idarəetmə deməkdir.
8. Kablolu internetdən istifadə etmək
Daha stabil və sürətli internet lazım olduqda, Ethernet adapteri ilə telefonu kablo vasitəsilə internətə bağlamaq mümkündür. Yayım, oyun və böyük fayl yükləmələri üçün idealdır.
9. Mini kamera (endoskop) qoşmaq
USB-C-yə kiçik endoskop kamera qoşaraq çətin görünən yerlərə baxmaq mümkündür. Məsələn, mebel altları və ya cihaz içi yoxlamaları üçün çox praktiktir.
10. USB hub ilə portları artırmaq
Bir USB-C hub istifadə edərək eyni anda bir neçə cihaz qoşmaq mümkündür. Şarj, məlumat köçürülməsi və görüntü çıxışı - hamısı tək mərkəzdən idarə oluna bilər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qalmaqal yaşayan Şəbnəmlə Vəfa eyni TOYDA: Əl hərəkəti diqqət çəkdi - VİDEO
-
Eynulla Fətullayevin yerinə o TƏYİN OLUNDU
-
HƏMAS-a ağır zərbə iddiası - Bölgədə nə baş verir?
-
Paytaxt məktəblərində böyük statistika: 530 min şagird təhsil alır
-
İcra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində QƏRAR
-
Ölkədə hava DƏYİŞİR: Bir yerdə leysan, bir yerdə günəş - PROQNOZ
-
Bakıda kirayə mənzillər UCUZLAŞACAQ
-
Qadağan olunmuş dövlət torpaqları dəyişdirilmədən çıxarılır
-
Dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb
-
Bazarda yoxlama - Nöqsanlar üzə çıxdı
-
"Yarqunat" ərə getdi - VİDEO
-
Bakıda məktəbdə müəllim şagirdin başına saqqız yapışdırıb - İDDİA - VİDEO
-
Bakıda avtomobil alışdı - VİDEO
-
Hazırda bazarlarda gilas və çiyələk görün neçəyə SATILIR
-
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və antrasit göndərilib - YENİLƏNİB
-
Boğazınız ağrıyan kimi dondurma YEYİN
-
Erbilin bu dəfəki sevgilisi özündən 48 yaş kiçikdir - TikTokda tanış olublar - FOTO
-
Paytaxtda oteldə kişi meyiti tapıldı
-
"Fənərbağça"nın ulduzunu qonşuları POLİSƏ VERDİ - FOTO
-
Türkiyədə də zəlzələ oldu
-
"Məni aldadıb 300 manatımı almaq istədi"
-
Bakıda qadın avtomobilin önünü kəsib, üstünə uzandı - VİDEO
-
Abşeron xəstəxanasında "monopoliya" iddiası: 1 həkim 1 günə 121 xəstəni necə qəbul edir? - ARAŞDIRMA - FOTO
-
Onlara hər ay 600 manat ödənilir





