Hadisə

Şəkidə ağır qəzada sərnişin ÖLDÜ

28 Mart 2026 09:07
Baxış: 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəki şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb. 1996-cı il təvəllüdlü Şamil Musayevin idarə etdiyi "Mercedes C 200" markalı minik avtomobili ilə "Mercedes Atego" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan sərnişin, 1999-cu il təvəllüdlü Aygün Mustafayeva aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Onun meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb və xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə zamanı avtomobilin sürücüsü Şamil Musayev də ağır xəsarətlər alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır./Apa

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.