Dünya

İranla müharibə bu tarixdə bitə BİLƏR - ABŞ açıqladı

28 Mart 2026 09:20
Baxış: 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABŞ İran müharibəsindəki məqsədlərinə quru qoşunları olmadan da nail ola bilər".

Milli.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Fransada G7 həmkarları ilə görüşdükdən sonra jurnalistlərə bildirib.

Rubio qeyd edib ki, ABŞ İranla müharibənin aylar deyil, həftələr ərzində başa çatacağını gözləyir. 

Onun sözlərinə görə, Vaşinqton quru qoşunlarından istifadə etmədən bütün məqsədlərinə çata bilər:

"Növbəti bir neçə həftə ərzində onlarla işimizi bitirdikdə, onlar yaxın tarixdə olduğundan daha zəif olacaqlar".

Rubio, eyni zamanda, İranın ABŞ-a mesajlar göndərdiyini, lakin ABŞ-ın təklif etdiyi sülh planına cavab vermədiyini bildirib./Apa

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.