Şokolad sızanaq yaradır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şokoladın sızanaq yaratdığına dair iddialar tez-tez səsləndirilir.
Bəs bu nə dərəcədə doğrudur, yoxsa sadəcə valideynlərin şirniyyat istəyən uşaqlara dediyi bir bəhanədir?
Milli.Az xəbər verir ki, türkiyəli dermatoloq Dr. Zeynəb Laftahın sözlərinə əsasən, klinikaya müraciət edən xəstələrin böyük əksəriyyəti sızanaqlarını azaltmaq üçün hansı qidaları rasiondan çıxarmalı olduqlarını soruşur. Şokolad isə ən çox maraq doğuran məhsullardan biridir.
Həkim qeyd edib ki, sızanaqların yaranmasında əsas rol genetik meyilliliyə məxsusdur. Bununla belə, bəzi qidalar orqanizmdə iltihabı artıraraq vəziyyəti ağırlaşdıra bilər. Xüsusilə süd məhsulları kimi bəzi qidaların bəzi insanlarda güclü reaksiya yaratdığı və bunun allergiya ilə bağlı ola biləcəyi vurğulanır.
Mövzu ilə bağlı aparılan araşdırmalar isə hələ də qəti nəticə ortaya qoymayıb. Məsələn, 2011-ci ildə keçirilən kiçik miqyaslı bir tədqiqatda 100% tünd şokoladın sızanaqları artırdığı müşahidə edilsə də, araşdırma cəmi 10 nəfər üzərində aparılıb və nəzarət qrupu olmayıb.
Sızanaqla qidalanma arasındakı əlaqə əsasən qidaların qlisemik indeksi ilə izah edilir. Yüksək qlisemik indeksə malik qidalar qanda şəkəri sürətlə artırır, bu isə insulin səviyyəsinin yüksəlməsinə, nəticədə iltihabın artmasına və dəri yağlanmasının çoxalmasına səbəb olur. Bu proses məsamələrin tıxanmasına və sızanaqların yaranmasına gətirib çıxarır.
Bununla belə, şokoladın qlisemik indeksi aşağıdan orta səviyyəyə qədər dəyişir. Lakin yüksək şəkər və yağ tərkibli şokoladların sızanağa təsir ehtimalı daha yüksək hesab olunur. Tünd şokolad isə nisbətən daha az şəkər ehtiva etdiyi üçün daha az riskli sayılır.
Bildirilir ki, sızanaqlarla mübarizədə qidalanma tək faktor deyil və hər bir insanın orqanizmi qidalara fərqli reaksiya verə bilər. Buna görə də problemin səbəbini müəyyən etmək üçün fərdi yanaşma vacibdir.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı
-
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüş keçirilib - (Foto)
-
"Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm?" - İlhamə Qasımova
-
Arda qiyməti 100 milyon avronu keçən ilk türk futbolçu oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)





