Dünya

Hakan Fidan: ABŞ İrana qoşun yeridə bilər

28 Mart 2026 00:35
Baxış: 493
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Fars körfəzində İranın hansısa adasına qoşun yeridə bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalının efirində canlı yayımda deyib.

"Münaqişə uzanacağı təqdirdə ABŞ-nin Fars körfəzində İrana aid hansısa adaya qoşun yeritməsi barədə versiyalar gündəmdir", - Türkiyənin XİN başçısı vurğulayıb. O, əlavə edib ki, İran Hörmüz boğazını bloklamaqla strateji üstünlük əldə edib.

H.Fidanın sözlərinə görə, buna cavab olaraq ABŞ-nin də İranın neft-qaz ixrac edən hansısa adasını tutması strateji həmlə ola bilər:

"Müharibə aparan tərəflər bunu təzyiq metodu və əlini güclü tutmaq üçün edirlər. Məhz buna görə, Türkiyə tərəflər arasında atəşkəsin əldə olunmasına çalışır".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.