Ölkə

Beş rayonun keçmiş prokuroru vəfat etdi - FOTO

15 Noyabr 2025 22:23
Baxış: 1 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ədliyyə Nazirliyinin Akademiyasında prorektor vəzifəsində işləmiş hüquq elmləri üzrə fəlsəfə doktoru polkovnik İlham Abbasov vəfat edib.

Milli.Az-ın məlumatına görə, bu barədə mərhumun yaxınları bildiriblər.

İ.Abbasov uzun müddət prokurorluq və ədliyyə orqanlarında məsul vəzifələr tutub. O, Biləsuvar, Qəbələ, Zəngilan, Qubadlı və Masallı rayonlarının prokuroru olub. Daha sonra Baş Prokurorluğunun mərkəzi Aparatında işləyib.

2001-2017-ci illərdə Ədliyyə Nazirliyinin Akademiyasında əvvəl baş müəllim, sonra isə prorektor vəzifəsində çalışıb. 2017-ci ildən təqaüddə idi.

Mərhum Bakının Mehdiabad qəbristanlığında dəfn edilib.

Allah rəhmət eləsin./modern.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.