Türkiyə

Bu PKK liderləri məhv edildi

20 Oktyabr 2024 17:26
Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PKK/KCK terror təşkilatı üçün bölgə xalqından xərac toplayan təşkilatın məsul şəxsləri Caize Selber və Əminə Ulaş İraqda zərərsizləşdirilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Türkiyənin Milli İstihbarat Təşkilatının apardığı araşdırmalar nəticəsində PKK/KCK üzvlərindən "Berfin Roj" kod adlı Caize Selber və "Tekoşin Dilgeş" kod adlı Emine Ulaş məhv edilib.

Onların yüksək vəzifəli şəxslərlə yaxın münasibətdə olduqları, terror təşkilatına qoşulacaq gəncləri müəyyən edib təşviq etdikləri öyrənilib. Təşkilatın rəhbər şəxslərindən hesab edilən bu iki qadın Türkiyədəki gənclər təşkilatının üzvlərinə təlimatlar da çatdırırlarmış.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.