Türkiyə

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

17 Oktyabr 2024 16:02
Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ordusu Suriyada "bufer zona" adlana biləcək bölgə yaradıb və bunun sayəsində Türkiyənin sərhədyanı əraziləri artıq uzun müddətdir təhlükəsiz idi. Lakin ötən gün Kilis ərazisinə raket düşdü və böyük yanğına səbəb oldu. Türk ordusu bunun qarşısını niyə almadı və ya gələcəkdə bu halın təkrarlanmaması üçün nə edə bilər?

Milli.Az bildirir ki, bu mövzuda Axar.az-a danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib ki, hazırda Suriyada xaos və vətəndaş iğtişaşları davam edir.

"Qruplar öz aralarında münaqişədədir. Dünənki insident Suriya Milli Ordusuna daxil olan qruplaşmaların mübarizəsi fonunda baş verdi və mərmi sıçrayaraq Türkiyə sərhədindəki mina sahəsinə düşdü, nəticədə də partlayış oldu. Bəzən bu cür hadisələr baş verə bilər, amma bu o demək deyil ki, ordumuz Türkiyə ərazisini qorumur", - o deyib.

Generalın sözlərinə görə, Türkiyə ordusu Suriyadan gələn hər bir təhdidi anında cavablamaq əzmindədir:

"Türkiyənin Suriyadakı hərbi varlığı kəşfiyyat, müşahidə və Suriyadan gələ biləcək mümkün təsirləri aradan qaldırmaq üçün tədbirlər görmək qabiliyətinə malikdir. Bu tədbirlər davamlı olaraq həyata keçirilir. Hazırda İsrail-Fələstin hadisəsinə görə Suriyada da insanlar gözləmə vəziyyətindədirlər və Suriyanın parçalanmaması üçün mücadilə aparırlar. Sərhəddə də baş verənlər bunun yansımasıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.