Türkiyə

“O səhnələrin heç birini unutmadıq” - FOTO

15 İyul 2024 15:39
Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhddən 8 il ötür.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla 15 İyul Şəhidləri Körpüsündə yerləşən "15 Temmuz Şehitler Makamı"nı ziyarət edib.

Burada jurnalistlərə açıqlama verən Türkiyə lideri "15 iyul şəhidləri ilə birlikdə vətənimizə, bayrağımıza və gələcəyimizə sahib çıxarkən şəhid olan bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm" deyə bildirib:

"Çevrilişə cəhdin ilk anlarından etibarən bizim çağırışımızı belə gözləmədən xainlərə qarşı durmaq üçün küçələrə, meydanlara toplaşan hər kəsə bir daha təşəkkür edirəm. Çevrilişin başladığı yer olan körpüdə çevrilişçilər gecə boyu səhərə qədər qan tökməyə, günahsız insanları öldürməyə davam etdilər. Təkcə körpü üstündə 2-si polis olmaqla ümumilikdə 34 nəfər şəhid oldu. Yaddaşımıza qazınan o səhnələrin heç birini unutmadıq və unutmuruq".

Xatırladaq ki, 2016-cı ilin iyulun 15-də baş verən bu dövlət çevrilişinə cəhd zamanı 240-dan çox mülki şəxs, polis və əsgər həlak olub. Onu da qeyd edək ki, Türkiyədə iyulun 15-i Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.