Türkiyə

İmtahanda süni intellektdən istifadə etdi, həbs olundu

18 İyun 2024 21:00
Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə süni intellektdən istifadə edərək imtahan vermək istəyən tələbə həbs edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, tələbə internet bağlantısı, gizli kamera və biletdəki sualları oxuya bilən, eləcə də qulağındakı qulaqlıq vasitəsilə real vaxt rejimində cavab verə bilən süni intellekt proqramından ibarət mürəkkəb sistemdən istifadə edərkən tutulub.

Onun bu fırıldağı özünün qəribə davranışları sayəsində aşkarlanıb. Nəzarətçi abituriyentdə qəribə davranışlar hiss etməyə başlayıb. Bundan sonra o, binadan çıxarılaraq polisə təhvil verilib.

Türkiyədə universitet imtahanlarında fırıldaqçılıq ciddi cinayət hesab olunduğundan artıq o, həbs edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.