Türkiyə

Türkiyənin Türkmənistana avtomobil sənayesi məhsulları ixracı azaldı

14 İyun 2024 19:48
Baxış: 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Türkmənistana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 47,1 faiz azalaraq, 9,9 milyon dollara çatıb.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin may ayında Türkiyə Türkmənistana 2,6 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 32,4 faiz azdır" - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- may aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 15 milyard dollara bərabər olub.

"Bu ilin may ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 6,3 faiz çoxdur," - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2023- may 2024) Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.