Türkiyə

Nazirdən Ərkanın istefasına reaksiya: Şəxsi qərarıdır!

3 Fevral 2024 06:44
Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Bankın sədri Hafizə Gaye Ərkanın vəzifəsindən istefa verməsi tamam şəxsi qərarıdır və öz seçimidir. İqtisadi proqramımız qətiyyətlə davam etməkdədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib.

"Verdiyi qərara hörmət edirik və ölkəmiz qarşısında xidmətlərindən və töhfələrindən dolayı təşəkkür edirik. Türkiyə Mərkəzi Bankının yeni sədrinə və kollektivinə də uğurlar arzu edirik", - deyə nazir bildirib.

Qeyd edək ki, H.Ərkan MB sədriliyindən istefa verib, rəsmi qərarla Fateh Qaraxan onun yerinə təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.